ABŞ-da ştat qubernatoru COVID-19 peyvəndinə görə pulsuz pivə təklif edir

ABŞ-da ştat qubernatoru COVID-19 peyvəndinə görə pulsuz pivə təklif edir ABŞ-ın Nyu-Cersi ştatının qubernatoru Fil Merfi bildirib ki, ştatın koronavirusdan peyvənd olunan hər bir sakini pulsuz pivə qədəhi ala biləcək
Digər ölkələr
4 May , 2021 06:47
ABŞ-da ştat qubernatoru COVID-19 peyvəndinə görə pulsuz pivə təklif edir

ABŞ-ın Nyu-Cersi ştatının qubernatoru Fil Merfi bildirib ki, ştatın koronavirusdan peyvənd olunan hər bir sakini pulsuz pivə qədəhi ala biləcək.

“Report” xəbər verir ki, bu barədə o özünün tvitterdəki səhifəsindəki mətbuat konfransının gedişatında bildirib.

"Nyu-Cersinin may ərzində vaksinin birinci dozasını alan və bunu təsdiq edən sənədi gətirən hər bir sakini pulsuz pivə alacaq”, - Merfi bildirib.

Yerli qanunvericiliyə görə, aksiyada ancaq yaşı 21-dən çox olan vətəndaşlar iştirak edə biləcəklər. Ştat hökuməti peyvənd olunacaq vətəndaşların sayını növbəti ayın sonuna kimi 4,7 milyon nəfərə çatdırmağı planlaşdırır. Bu günə kimi Nyu-Cersinin 3,2 milyon nəfərdən çox sakini peyvənd olunublar.

Son xəbərlər

Orphus sistemi