ABŞ-ın Nümayəndələr Palatası "Hizbullah"a qarşı yeni sanksiyaları təsdiq edib

ABŞ-ın Nümayəndələr Palatası "Hizbullah"a qarşı yeni sanksiyaları təsdiq edib Qadağlar ayrıca şəxslər və xarici hökumətlərə aid ediləcək
Digər ölkələr
26 Oktyabr , 2017 06:14
ABŞ-ın Nümayəndələr Palatası Hizbullaha qarşı yeni sanksiyaları təsdiq edib

Bakı. 26 oktyabr. REPORT.AZ/ ABŞ Konqresinin Nümayəndələr Palatası İrana qarşı yönəlmiş tədbirlər paketi çərçivəsində Livanın "Hizbullah" hərəkatı ilə bağlı da sanksiyaların tətbiq edilməsi üzrə qanun layihəsini təsdiq edib.

"Report" "The Hill" nəşrinə istinadən xəbər verir ki, sənədə əsasən, sanksiyalar "Hizbullah"a hərbi və ya maliyyə yardımı göstərən, həmçinin mülki şəxsləri canlı sipər kimi istifadə edən ayrı-ayrı şəxslər və xarici hökumətlərə şamil ediləcək.

Bundan əlavə, Avropa İttifaqına "Hizbullah" hərəkatını tam olaraq terror təşkilatı kimi tanımaq üçün çağırışın yer aldığı qanun layihəsi qəbul olunub.

Son xəbərlər

Orphus sistemi