ABŞ-də kommersiya məqsədli neft ehtiyatları son həftə ərzində 4 milyon barel artaraq sentyabrın 8-nə 420,6 milyon barel təşkil edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyi məlumat yayıb.
Nazirlikdən bildirilib ki, cari ehtiyat səviyyəsi ilin bu dövrü üçün xarakterik olan son beş ildəki orta səviyyədən təxminən 2 % aşağıdır.