ABŞ-ın müsəlman icmalarının liderləri Obama və Buşu məscid ziyarətinə çağırıb

ABŞ-ın müsəlman icmalarının liderləri Obama və Buşu məscid ziyarətinə çağırıb "Muslim Advocates"ın icraçı direktoru: "Terrorun siması İslamın siması deyil"
Digər ölkələr
15 Dekabr , 2015 11:44
ABŞ-ın müsəlman icmalarının liderləri Obama və Buşu məscid ziyarətinə çağırıb

Bakı. 15 dekabr. REPORT.AZ/ ABŞ-ın müsəlman icmalarının liderləri prezident Barak Obama və sabiq dövlət başçısı Corc Buşu ölkədəki dini ayrı-seçkiliyə son qoymaq üçün məscid ziyarətinə çağırıb.

"Report" "Washington Post"a istinadən xəbər verir ki, bu fikir ABŞ prezidentinin ölkədəki dini liderlərlə görüşü zamanı açıqlanıb.

"Muslim Advocates"ın icraçı direktoru Farhana Xera ABŞ-ın indiki və sabiq liderlərinin məscidə getməsinin bu işdə çox yaxşı təsirə malik olacağını qeyd edib. Onun sözlərinə görə, bu din azadlığı mövzusunda hamıya yaxşı mesaj olardı. F.Xera C.Buşun 11 sentyabr terror hücumlarından 6 gün sonra məscidə getdiyini də xatırladıb.

"Terrorun siması İslamın siması deyil", - o bildirib.

Son xəbərlər

Orphus sistemi