ABŞ-ın müdafiə naziri vəzifəsinə namizəd Trampın Rusiya ilə əməkdaşlıq hazırlığını dəstəkləyib

ABŞ-ın müdafiə naziri vəzifəsinə namizəd Trampın Rusiya ilə əməkdaşlıq hazırlığını dəstəkləyib Ceyms Mettis: "ABŞ Rusiyayla əməkdaşlığı qaydaya salmağa çalışmalıdır"
Digər ölkələr
12 Yanvar , 2017 22:09
ABŞ-ın müdafiə naziri vəzifəsinə namizəd Trampın Rusiya ilə əməkdaşlıq hazırlığını dəstəkləyib

Bakı. 12 yanvar. REPORT.AZ/ "ABŞ Rusiya ilə əməkdaşlığı qaydaya salmağa çalışmalıdır. Amma o sahələrdə ki, Moskva Amerikanın maraqlarının əksinə hərəkət edir, orda ona mane olmalıdır".

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu sözləri Pentaqonun rəhbəri vəzifəsinə namizəd, general Ceyms Mettis bildirib.

"Rusiya ABŞ-ın strateji rəqibi olmağa qərar verib. Amma biz hətta Rusiyayla soyuq müharibənin ən qızğın vaxtlarına qarşılıqlı hərəkət edirdik və mən indi yeni seçilmiş prezidentin Rusiyayla əməkdaşlıq qərarını dəstəkləyirəm", -deyə onun namizədliyinin iddiası üzrə dinləmələr zamanı Mettisin Senatda yayılmış yazılı cavablarında bildirilir.

Pentaqonun gələcək rəhbəri eyni zamanda, vurğulayıb ki, Rusiyayla əməkdaşlıq ABŞ-ın milli hədəflərinə cavab verməlidir.

"Biz hansısa sahələrdə əməkdaşlıq edə bilmədiyimizi gördükdə, Rusiya maraqlarımızın əksinə hərəkət etməyə qərar verəcəyi təqdirdə, ona qarşı durmalı və qorunmalıyıq" – deyə Mettis yazıb.

Son xəbərlər

Orphus sistemi