ABŞ-ın müdafiə naziri Makedoniyanın NATO-ya üzvlüyünü dəstəkləmək üçün Skopyeyə səfər edəcək

ABŞ-ın müdafiə naziri Makedoniyanın NATO-ya üzvlüyünü dəstəkləmək üçün Skopyeyə səfər edəcək Bakı. 13 sentyabr. REPORT.AZ/ ABŞ-ın müdafiə naziri Ceyms Mettis sentyabrın 16-da Makedoniyaya səfər edəcək. Bunda məqsəd ölkənin NATO-ya daxil olmasını dəstəkləməkdir.
Digər ölkələr
13 Sentyabr , 2018 06:54
ABŞ-ın müdafiə naziri Makedoniyanın NATO-ya üzvlüyünü dəstəkləmək üçün Skopyeyə səfər edəcək

Bakı. 13 sentyabr. REPORT.AZ/ ABŞ-ın müdafiə naziri Ceyms Mettis sentyabrın 16-da Makedoniyaya səfər edəcək. Bunda məqsəd ölkənin NATO-ya daxil olmasını dəstəkləməkdir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun çərşənbə günü yaydığı məlumatda deyilir.

"Müdafiə naziri Ceyms Mettis NATO-ya daxil olmaq prosesində ABŞ-ın Makedoniyaya dəstəyini, həmçinin Birləşmiş Ştatların bölgədə sülh və təhlükəsizliyə davam edən bağlılığını nümayiş etdirmək üçün bazar günü, sentyabrın 16-da Skopyeyə səfər edəcək. Nazirin baş nazir Zoran Zayev ilə görüşü və birgə mətbuat konfransı planlaşdırılıb", - deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi