Yuxarı

ABŞ-ın müdafiə naziri İsraildə səfərdədir

Karter bildirib ki, ABŞ-ın Yaxın Şərqdəki strategiyasının formaslaşmasında İsrail əsas rol oynayır

Bakı. 20 iyul. REPORT.AZ/ ABŞ-ın müdafiə naziri Eşton Karter İranla nüvə razılaşmasından sonra ölkəsinin Yaxın Şərqdəki tərəfdaşlarla münasibətlərinin möhkəmləndirilməsi məqsədi ilə bu regiona səfər edib. "Report"un Amerkanın səsinə istinadən verdiyi məlumata görə, səfər zamanı Karter bildirib ki, ABŞ-ın Yaxın Şərqdəki strategiyasının formaslaşmasında İsrail əsas rol oynayır.

İsrailli həmkarı Moşe Yaalon tərəfindən çox isti qarşılanan Karterin çərşənbə axşamı baş nazir Benyamin Netanyahu ilə görüşü planlaşdırılıb.

"Biz çox gözəl bilirik ki, İsraillə dostluq münasibətləri bizim maraqlarımızın və prinsiplərimizin ayrılmaz hissəsidir”,-  Pentaqon rəhbəri vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi