Yuxarı

ABŞ-ın müdafiə naziri İraqa səfər edib

Pentaqon rəhbəri gözlənilmədən Bağdada səfər edib

Bakı. 23 iyul. REPORT.AZ/ ABŞ müdafiə naziri Eş Karter gözlənilmədən İraqa səfər edib. 

"Report" Amerikanın səsinə istinadən xəbər verir ki, Karter Bağdadda baş nazir Heydər Əl-Abadi və müdafiə naziri Xalid əl-Obeydi daxil olmaqla İraqın bir sıra yüksək səviyyəli rəsmiləri ilə görüşəcək.

Pentaqon rəhbəri ABŞ-ın İŞİD-ə qarşı mübarizəyə cəlb etməyə çalışdığı sünni liderlərlə də görüş keçirəcək. İŞİD İraqın şimal və qərbində bəzi bölgələrə nəzarət edir.

Prezident Barak Obama artıq bir neçə vaxtdır İŞİD-ə qarşı mübarizəni güclədirməklə bağlı təzqyiqlərə məruz qalsa da, o, ABŞ quru qüvvələrini İŞİD-lə müharibəyə qoşulmasından imtina edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi