ABŞ-ın Monteneqrodakı səfirliyinə qumbara atan şəxsin kimliyi müəyyənləşib

ABŞ-ın Monteneqrodakı səfirliyinə qumbara atan şəxsin kimliyi müəyyənləşib Məlumata görə, Dalibor Yaukoviç Monteneqronun NATO-ya daxil olmasının əleyhinə olub
Digər ölkələr
22 Fevral , 2018 15:38
ABŞ-ın Monteneqrodakı səfirliyinə qumbara atan şəxsin kimliyi müəyyənləşib
Diplomacy.State.gov

Bakı. 22 fevral. REPORT.AZ/ Monteneqronun Podqoritsa şəhərində yerləşən ABŞ səfirliyinin həyətinə qumbaranı Yuqoslaviya ordusunun keçmiş üzvü, 43 yaşlı Dalibor Yaukoviç atıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

D.Yaukoviçin "Facebook" səhifəsində onun Yuqoslaviyanın "müdafiə və təhlükəsizlik sahəsindəki xidmətlərinə görə" medalı ilə təltif edildiyi göstərilib. Təltif diplomunu dövlətin həmin vaxt prezidenti olmuş Slobodan Miloşeviç imzalayıb. Paylaşımlara əsasən, D.Yaukoviç Monteneqronun NATO-ya daxil olmasının əleyhinə olub.

Xatırladaq ki, dünən gecə D.Yaukoviç Podqoritsadakı ABŞ səfirliyinin həyətinə partlayıcı qurğu, ehtimal ki, qumbara atıb və sonra intihar edib. Hücumun motivləri müəyyənləşdirilir.

Son xəbərlər

Orphus sistemi