Yuxarı

ABŞ-ın mina gəmisi Yəməndə raket hücumuna məruz qalıb

Raketlər husilərin nəzarətində olan ərazidən atılıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Amerikaya məxsus mina gəmisi Yəmən sahillərinə yaxın beynəlxalq sularda raket hücumuna məruz qalıb, gəmiyə ziyan dəyməyib.

"Report" xəbər verir ki, bu barədə bazar günü ABŞ Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən "Reuters" məlumat yayıb.

Hərbçilərin fikrincə, raketlər üsyançı husilərin nəzarəti altında olan ərazidən atılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi