​ABŞ-ın Miluoki şəhərində baş vermiş iğtişaşlar zamanı 17 nəfər həbs edilib

​ABŞ-ın Miluoki şəhərində baş vermiş iğtişaşlar zamanı 17 nəfər həbs edilib Şerman-parkda etirazlar polislərin afroamerikalını güllələməsindən sonra başlayıb
Digər ölkələr
15 Avqust , 2016 02:24
​ABŞ-ın Miluoki şəhərində baş vermiş iğtişaşlar zamanı 17 nəfər həbs edilib

Bakı. 15 avqust. REPORT.AZ/ ABŞ-ın Viskonsin ştatının Miluoki şəhərində etirazçılarla polis arasında baş vermiş iştişaşlar zamanı 17 nəfər həbs olunub.

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə yerli polisin rəhbəri Edvard Flinn bildirib.

Miluokinin meri Tom Barrett isə bildirib ki, afroamerikalının polislərlə qarşıdurmasının görüntüləri videokameralara düşüb. "Videomüşahidə kamerası Sivil Smitin silahlı olub-olmaması sualına cavab verir. Mən də deyə bilərəm ki, onun əlində tapança olub" – deyə Barrett bildirib.

Onun sözlərinə görə, Smit polis əməkdaşlarını tapança ilə hədələyərək, onların üstünə gedib. Hətta xəbərdarlıqdan sonra da, tapançasını yerə atmayıb.

Mer həmçinin qeyd edib ki, Smitin kriminal keçmişi ilə bağlı faktlar aşkarlanıb.

Qeyd edək ki, yoxsul və kriminogen rayonlardan olan Şerman-parkda etirazlar polislərin afroamerikalını güllələməsindən sonra başlayıb. Polis əməkdaşları 23 yaşlı Silvil Smitə atəş açıblar.

Son xəbərlər

Orphus sistemi