Milli Qvardiya qüvvələri Los-Ancelesdən çıxarılır

Milli Qvardiya qüvvələri Los-Ancelesdən çıxarılır ABŞ-ın Milli Qvardiyası bölmələrinin Los-Ancelesdən (Kaliforniya ştatı) çıxarılmasına başlanılıb.
Digər ölkələr
7 İyun , 2020 22:07
Milli Qvardiya qüvvələri Los-Ancelesdən çıxarılır

ABŞ-ın Milli Qvardiyası bölmələrinin Los-Ancelesdən (Kaliforniya ştatı) çıxarılmasına başlanılıb.

“Report” xəbər verir ki, bu barədə KTLA telekanalı bildirib.

Qvardiya qüvvələri bir həftə öncə 10 milyonluq meqapolisə afroamerikalı Corc Floydun ölümünün səbəb olduğu qarışıqlıqların fonunda yeridilmişdi. Hərbçilər meriyanın binasını qoruyur və polisə davam edən kütləvi aksiyalarda təhlükəsizliyə nəzarət etməyə kömək edirdilər.

Mayın 31-dən iyunun 4-dək Los-Ancelesdə həmçinin komendant saatı qüvvədə idi, amma cümə axşamı şəhərin meri Erik Qarsetti meri bildirib ki, komendant saatının müddətini uzatmayacaq, çünki etirazlar daha qarışıqlıqlarla müşayiət olunmur.

Son xəbərlər

Orphus sistemi