ABŞ-ın məşhur "Times" meydanında Yeni il şənliyi məhdudiyyətlə qeyd olunub 

ABŞ-ın məşhur "Times" meydanında Yeni il şənliyi məhdudiyyətlə qeyd olunub  ABŞ-ın Nyu-York şəhərindəki məşhur "Times" meydanında Yeni il şənliyi koronavirus pandemiyasına baxmayaraq coşquyla qeyd olunub.
Digər ölkələr
163
1 Yanvar , 2022 12:51
ABŞ-ın məşhur Times meydanında Yeni il şənliyi məhdudiyyətlə qeyd olunub 

ABŞ-ın Nyu-York şəhərindəki məşhur "Times" meydanında Yeni il şənliyi koronavirus pandemiyasına baxmayaraq coşquyla qeyd olunub.

“Report”un yerli bürosu xəbər verir ki, ənənəvi olaraq hər il keçirilən bayram şənliyinə minlərlə yerli və xarici vətəndaşlar qatılıb.

Gün ərzində "Times" meydanında nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb və ərazidə yerli polis tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilib.

Yüz minlərlə insanın axın etdiyi meydanda məhdud sayda iştirakçı Yeni ili qeyd edib.

Belə ki, şəhər bələdiyyəsi tərəfindən 50 min nəfər üçün planlaşdırılan iştirakçı sayı koronavirusun qarşısının alınması üçün tətbiq olunan qaydalar çərçivəsində 15 minlə məhdudlaşdırılıb.

Tədbirdə şəhərin yeni meri seçilən Erik Adams and içərək rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

O, Nyu-Yorkun 110-cu meri olaraq anasının şəkli ilə çıxdığı platformada etdiyi and nitqi ilə merliyə ilk addımını atıb.

Yerli vaxtla saat 23:59-da işıqlarla bəzədilmiş kristal topun düyməsi basılıb və gözoxşayan top 60 saniyə ərzində 21 metrlik dirəkdən yerə buraxılıb.

Məşhur amerikalı reper Ceyms Tod Smitin koronavirus testi pozitiv çıxdığından “Times”meydanındakı konserti ləğv olunub.

Meydandakı bayram şənliyi yerli televizyalar vasitəsilə canlı yayımlanıb.

Son xəbərlər

Orphus sistemi