ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru istefa verdi

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru istefa verdi ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Cin Haspel vəzifəsindən istefa verdiyini açıqlayıb.
Digər ölkələr
368
19 Yanvar , 2021 23:07
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru istefa verdi
Cina Haspel

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Cina Haspel vəzifəsindən istefa verdiyini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə onun Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən tvitterdə yayılmış yazılı bəyanatında deyilir.

"Bu gözəl təşkilata başçılıq etmək mənim həyatımın ən böyük şərəfi oldu. Mən gedirəm və bizim gördüyümüz işlə çox fəxr edirəm, - Haspel qeyd edib.

Haspel 2018-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsinə başçılıq etmiş ilk qadın olub. O, istefasının səbəblərini açıqlamayıb. Qeyd edək ki, “Axios” portalı bundan əvvəl Cina Haspelin ötən il dekabrın əvvəllərində istefaya getməyə hazır olması barədə xəbər yaymışdı.

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden MKİ-nin direktoru vəzifəsinə Birləşmiş Ştatların Rusiyadakı keçmiş səfiri Uilyam Bernsin namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.

Daha əvvəl bildirilirdi ki, ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspeli və digər rəsmiləri vəzifələrindən uzaqlaşdıra bilər. Qeyd edilirdi ki, bu, MKİ-nin direktorunun dövlət başçısının ondan istədiyini etməmələri ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi