​ABŞ-ın Maliyyə Nazirliyi: "Türkiyə İŞİD-dən neft alışı ilə məşğul olmur"

​ABŞ-ın Maliyyə Nazirliyi: "Türkiyə İŞİD-dən neft alışı ilə məşğul olmur" "Biz Türkiyə hökumətinin İŞİD-dən neft almasına dair heç bir sübut görmürük"
Digər ölkələr
17 Dekabr , 2015 06:52
​ABŞ-ın Maliyyə Nazirliyi: Türkiyə İŞİD-dən neft alışı ilə məşğul olmur

Bakı. 17 dekabr. REPORT.AZ/ Amerika hökuməti Türkiyə hakimiyyətinin "İraq-Şam İslam Dövləti" terror qruplaşmasından (İŞİD) neft tədarükü ilə məşğul olmasına dair məlumata malik deyil.

"Report" xəbər verir ki, bunu dekabrın 16-da Ağ evdə jurnalistlər üçün keçirilən brifinqdə ABŞ maliyyə naziri müavininin səlahiyyətlərinin müvəqqəti icraçısı Adam Şubin bildirib.

Ondan Rusiya rəhbərliyinin Türkiyənin İŞİD-dən neft almasına dair səsləndirdiyi fikirlərə münasibət bildirməsi xahiş olunub:

"Biz Türkiyə hökumətinin İŞİD-dən neft almasına dair heç bir sübut görmürük".

Son xəbərlər

Orphus sistemi