ABŞ-ın maliyyə naziri Çinə səfərinin nəticələrini dəyərləndirib

ABŞ-ın maliyyə naziri Çinə səfərinin nəticələrini dəyərləndirib “Çinə səfərim çox konstruktiv oldu. Məni səmimi qarşıladılar və bir sıra çox mənalı görüşlər keçirdim”.
Digər ölkələr
9 İyul , 2023 20:48
ABŞ-ın maliyyə naziri Çinə səfərinin nəticələrini dəyərləndirib

“Çinə səfərim çox konstruktiv oldu. Məni səmimi qarşıladılar və bir sıra çox mənalı görüşlər keçirdim”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen “CBS News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, görüşlərdə qlobal iqtisadiyyat, ABŞ və Çin iqtisadiyyatlarında, eləcə də maliyyə bazarlarında baş verən hadisələrlə bağlı məzmunlu söhbətlər aparılıb:

“Səfərimin məqsədi Çindəki yeni iqtisadi komanda ilə görüşmək, davamlı əlaqə yaratmaq, həm fikir ayrılıqlarımız haqqında səmimi müzakirələr aparmaq, həm də ümumi qlobal çağırışları həll etmək və fikir ayrılıqlarını aradan qaldıra bilməmiz üçün əsaslı müzakirələr aparmaq idi”.

Son xəbərlər

Orphus sistemi