ABŞ-ın Luiziana ştatında qasırğadan əziyyət çəkənlərin sayı 40 nəfərə çatıb

ABŞ-ın Luiziana ştatında qasırğadan əziyyət çəkənlərin sayı 40 nəfərə çatıb 80-dən çox insan gecəni sığınacaqlarda keçirib
Digər ölkələr
9 Fevral , 2017 08:53
ABŞ-ın Luiziana ştatında qasırğadan əziyyət çəkənlərin sayı 40 nəfərə çatıb

Bakı. 9 fevral. REPORT.AZ/ ABŞ-ın Luiziana ştatında baş verən fırtına nəticəsində zərər çəkənlərin sayı təqribən 40 nəfərə çatıb.

"Report" "Fox News"a istinadən xəbər verir ki, 80-dən çox insan gecəni sığınacaqlarda keçirib.

Qubernator Con Bel Edvards ştatda fövqəladə vəziyyət elan edib və vətəndaşları ayıq-sayıq olmağa çağırıb.

"Bu, çox təhlükəlidir. Elektrik naqilləri qırılıb, telefon və işıq dirəkləri yollara aşıb. Hər yerdə metal qırıntıları var, biz isə yolları boş saxlamalıyıq", - deyə qubernator bildirib.

Son xəbərlər

Orphus sistemi