Yuxarı

​ABŞ-ın Luiziana ştatında daşqınlar nəticəsində 11 nəfər ölüb

Bundan əvvəl ölənlərin sayı 8 nəfər idi

Bakı. 17 avqust. REPORT.AZ/ Amerikanın Luiziana ştatında baş verən güclü daşqınlar nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı ştatın Səhiyyə Departamenti təsdiq edib.

Bundan əvvəl ölənlərin sayı 8 nəfər idi.

İdarədən bildirildiyinə görə, 5 nəfər İst-Baton-Ruj, 3 nəfər Tancipaxoa, 2 nəfər Seynt Helena və 1 nəfər Rapids dairəsində həyatını itirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi