ABŞ-ın Küveytdəki Səfirliyi təhlükəsizlik tədbirlərini gücləndirir

ABŞ-ın Küveytdəki Səfirliyi təhlükəsizlik tədbirlərini gücləndirir ABŞ-ın Küveytdəki Səfirliyi regionda baş verən hadisələrlə əlaqədar öz ərazisində təhlükəsizliyin təmin olunması üzrə tədbirləri gücləndirir.
Digər ölkələr
3 yanvar 2020 15:41
ABŞ-ın Küveytdəki Səfirliyi təhlükəsizlik tədbirlərini gücləndirir

ABŞ-ın Küveytdəki Səfirliyi regionda baş verən hadisələrlə əlaqədar öz ərazisində təhlükəsizliyin təmin olunması üzrə tədbirləri gücləndirir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı bəyanatda deyilir.

"ABŞ-ın Küveytdəki Səfirliyi regionda təhlükəsizlik sahəsində gərginliyin artmasını anlayır. Səfirlik ehtiyat üçün təhlükəsizlik sahəsində tədbirləri gücləndirir", - deyə sənəddə qeyd edilir.

Bununla belə, diplomatik missiya viza və konsulluq məsələləri ilə məşğul olmağa davam edəcək.

"Hazırda bizə Küveytdə ABŞ-ın ayrı-ayrı vətəndaşlarının ünvanına ehtimal olunan konkret təhlükələr məlum deyil. Bununla belə, bu vəziyyət ABŞ vətəndaşlarına ayıq-sayıqlığın yüksək səviyyəsini saxlamağın lazım olduğunu xatırlatmağa xidmət edir", - səfirlikdə bildirilib.

Son xəbərlər

Orphus sistemi