Yuxarı

​ABŞ-ın Kubadakı səfirliyi 1961-ci ildən sonra fəaliyyətini bərpa edib

Səfirliyin binası qarşısında Amerika bayrağı qaldırılıb

Bakı. 15 Avqust. REPORT.AZ/ Avqustun 14-də Amerikanın Havanadakı səfirlik binası qarşısında ABŞ bayrağı qaldırılıb.

"Report" xəbər verir ki, bayrağı ABŞ himninin sədaları altında üç amerikalı dəniz piyadası ucaldıb.

Bayrağı onlara 1961-ci ildə ABŞ və Kuba arasında diplomatik münasibətlərin pozulmasından sonra səfirlk qarşısındakı Amerika bayrağını endirən üç veteran dəniz piyadası təqdim edib.

Mərasim ABŞ-ın dövlət katibi Con Kerri və ABŞ-ın Kubadakı müvəqqəti işlər vəkili Ceffri Delorentisin iştirakı ilə baş tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi