ABŞ-ın Kolorado ştatında atışmada ölənlərin sayı 3 nəfərə çatıb - YENİLƏNİB-2

ABŞ-ın Kolorado ştatında atışmada ölənlərin sayı 3 nəfərə çatıb - YENİLƏNİB-2 Naməlum şəxs "Walmart" univermaqlar şəbəkəsində insanlara atəş açıb
Digər ölkələr
2 Noyabr , 2017 08:42
ABŞ-ın Kolorado ştatında atışmada ölənlərin sayı 3 nəfərə çatıb - YENİLƏNİB-2

Bakı. 2 noyabr. REPORT.AZ/ ABŞ-ın Kolorado ştatında atışmada ölənlərin sayı 3 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə Tornton şəhər polisi məlumat yayıb.

Qeyd edək ki, naməlum şəxs "Walmart" univermaqlar şəbəkəsində insanlara atəş açıb.


***06:13

ABŞ-ın Kolorado ştatının Tornton şəhərində baş vermiş atışmada 2 nəfər ölüb.  

"Report" xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, onlar yeniyetmələrdir. Daha bir yeniyetmə qadın isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, naməlum şəxs "Walmart" univermaqlar şəbəkəsində insanlara atəş açıb.


***05:27

ABŞ-ın Kolorado ştatında atışma olub.

"Report" xəbər verir ki, bu barədə Tornton şəhər polisi "Twitter"də məlumat yayıb.

Məlumatda bildirilir ki, naməlum şəxs "Walmart" univermaqlar şəbəkəsində insanlara atəş açıb. Hadisə zamanı bir neçə nəfər xəsarət alıb.

"Atışma "Walmart" mağazasının yaxınlığında olub. Bir neçə nəfər xəsarət alıb. Xahiş edirik, həmin əraziyə yaxınlaşmayın", - deyə polisin "Twitter" xəbərində bildirilir. 

Son xəbərlər

Orphus sistemi