Kolorado ştatında atışma nəticəsində 1 polis yaralanıb

Kolorado ştatında atışma nəticəsində 1 polis yaralanıb Asayiş keşikçilərinin avtomobili atəşə məruz qalıb
Digər ölkələr
9 Noyabr , 2016 03:56
Kolorado ştatında atışma nəticəsində 1 polis yaralanıb

Bakı. 9 noyabr. REPORT.AZ/ Çərşənbə günü ABŞ-ın Kolorado ştatının Orora şəhərinin Denvera qəsəbəsində atışma nəticəsində bir polis əməkdaşı üz nahiyəsində güllə yarası alıb.

"Report" xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Bildirilir ki, hadisə polislər şəhər küçələrindən birində əvvəllər baş vermiş silahlı insidentin araşdırılması ilə məşğul olan zaman baş verib. Naməlum şəxslər polis avtomobilinə atəş açıb. Yaralı asayiş keşikçisi xəstəxanaya çatdırılıb, onun həyatı üçün təhlükənin olmadığı bildirilir. Polis hadisə yerini mühasirəyə alıb.

Son xəbərlər

Orphus sistemi