Bakı. 15 avqust. REPORT.AZ/ ABŞ-ın Nyu-York şəhərinin Kennedi adına hava limanında atışma baş verib.
"Report"un məlumatına görə, bu barədə yerli "PIX11" telekanalı xəbər yayıb.
Məlumata görə, polis cinayətkarın axtarışına başlayıb.
"Naməlum şəxs yerli vaxtla saat 21:30-da 8-ci terminalda atəş açıb" – deyə telekanalın məlumatına bildirilir.
Hava limanının terminalı təxliyə edilib və reyslər təxirə salınıb.
Zərər çəkənlər və ya tələfat haqqında məlumat verilmir.