ABŞ-ın Keniyadakı hərbi bazası hücuma məruz qalıb

ABŞ-ın Keniyadakı hərbi bazası hücuma məruz qalıb ABŞ-ın Keniyadakı hərbi bazası “Əş-Şabab” silahlı qruplaşmasının hücumuna məruz qalıb.
Digər ölkələr
244
5 Yanvar , 2020 12:04
ABŞ-ın Keniyadakı hərbi bazası hücuma məruz qalıb

ABŞ-ın Keniyadakı hərbi bazası “Əş-Şabab” silahlı qruplaşmasının hücumuna məruz qalıb.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə ölkənin hərbi hakimiyyətindən bildirilib.

Keniya ordusunun nümayəndəsi, polkovnik Pol Ncuqunanın sözlərinə görə, yerli vaxtla saat 05:30-da hərbi bazanın yerləşdiyi Manda aeroportuna terror hücumu olub və qarşısı alınıb. Nəticədə 4 terrorçu öldürülüb. Hava limanının uçuş-eniş zolaqlarına ziyan dəyməyib. 

Son xəbərlər

Orphus sistemi