ABŞ-ın Respublikaçılar Partiyasından keçmiş senator Riçard Luqar vəfat edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı Vaşinqtondakı Luqar Mərkəzi yayıb.
O, aprelin 28-də 87 yaşıında dünyasını dəyişib. Vəfat edərkən R.Luqarın yanında həyat yoldaşı, 4 oğlu və ailəyə yaxın insanlar olub.
Keçmiş senator ABŞ-da Virciniya Tibb Mərkəzində nevroloji xəstəlikdən müalicə olunurmuş.
Qeyd edək ki, R.Luqar 1932-ci il aprelin 4-də ABŞ-ın İndianapolis şəhərində anadan olub. O,1977-ci il yanvarın 3-dən 2013-cü il yanvarın 3-dək İndiana ştatından senator olub. R.Luqar 36 yaşından Senatda işlədiyi müddətdə xarici siyasət və təhlükəsizlik məsələlərinə xüsusi diqqət ayırıb.
Nann-Luqar proqramı çərçivəsində keçmiş SSRİ-nin 7600 nüvə başlığının fəaliyyəti dayandırılıb və 900-dən çox qitələrarası ballistik raket məhv edilib. Bu plana əsasən, Qazaxıstan, Ukrayna və Belarusdan nüvə silahları çıxarılıb.
R.Luqar 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən və Vaşinqtonun Azərbaycana birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişə qarşı çıxmışdı. Həmin ildə Azərbaycan tərəfindən
2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti vermişdi.