ABŞ-ın keçmiş müdafiə naziri vəfat edib

ABŞ-ın keçmiş müdafiə naziri vəfat edib Bakı. 5 iyun. REPORT.AZ/ ABŞ-ın keçmiş müdafiə naziri Frenk Karluççi 87 yaşında vəfat edib.
Digər ölkələr
5 İyun , 2018 09:38
ABŞ-ın keçmiş müdafiə naziri vəfat edib

Bakı. 5 iyun. REPORT.AZ/ ABŞ-ın keçmiş müdafiə naziri Frenk Karluççi 87 yaşında vəfat edib.

“Report” xəbər verir ki, bunu “The Wall Street Journal” yazıb.

Məlumata görə, F.Karluççu Parkinson xəstəliyindən əziyyət çəkirmiş. Son zamanlar isə onun xəstəliyi ağırlaşıbmış. 

Qeyd edək ki, o, 1987-ci ilin noyabrından 1989-cu ilin yanvarınadək Pentaqona başçılıq edib. 1988-ci ildə ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqanı Moskvaya səfərində müşayiət edib.

F.Karluççi 1978-1981-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun müavini işləyib.

ABŞ-ın indiki müdafiə naziri Ceyms Mettis F.Karluççun vəfatı ilə bağlı başsağlığı verib və onu “mütərəqqi düşüncəli lider” adlandırıb. 

Son xəbərlər

Orphus sistemi