​ABŞ-ın Kanzas ştatında polis əməkdaşı güllələnib

​ABŞ-ın Kanzas ştatında polis əməkdaşı güllələnib Xəstəxanaya yerləşdirilmiş polis əməkdaşının həyatını xilas etmək mümkün olmayıb
Digər ölkələr
20 İyul , 2016 07:22
​ABŞ-ın Kanzas ştatında polis əməkdaşı güllələnib

Bakı. 20 iyul. REPORT.AZ/ ABŞ-da polis əməkdaşı güllələnib. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kanzas ştatının Kanzas-Siti şəhərində baş verib.

Məlumata görə, yaşayış məntəqəsinin şimal-şərqində atışma barədə xəbər almış asayiş keşikçisi olay yerimnə gedib. O, şübhəli şəxsi saxlamaq istəsə də buna nail olmayıb.

Cinayətkar açdığı atəşlə asayiş keşikçisini ağır yaralayıb. 

Xəstəxanaya yerləşdirilmiş polis əməkdaşının həyatını xilas etmək mümkün olmayıb. 

Son xəbərlər

Orphus sistemi