ABŞ-ın Kaliforniya ştatında atışma olub: ölən və yaralananlar var

ABŞ-ın Kaliforniya ştatında atışma olub: ölən və yaralananlar var Naməlum şəxslər avtobusu atəşə tutublar
Digər ölkələr
4 Noyabr , 2017 21:29
ABŞ-ın Kaliforniya ştatında atışma olub: ölən və yaralananlar var

Bakı. 4 noyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Santa-Monika şəhərində atışma olub.

"Report"un məlumatına görə, "Los Angeles Times" qəzeti polisə istinadən xəbər verib.

Xəbərdə bildirilir ki, naməlum şəxslər dayanmış avtobusu sərnişinlər yerə düşərkən atəşə tutublar. Nəticədə 1 nəfər ölüb, daha 3 nəfər xəsarət alıb.

Hadisədən sonra nəqliyyat vasitəsinin sürücüsü avtobusu zərər çəkmişlərlə birlikdə polis bölməsinə gətirib.

Son xəbərlər

Orphus sistemi