ABŞ -ın Kabildəki səfirliyinin sənədləri və kompyuterləri məhv ediləcək

ABŞ -ın Kabildəki səfirliyinin sənədləri və kompyuterləri məhv ediləcək ABŞ səfirliyinin Əfqanıstanın paytaxtındakı əməkdaşlarına, evakuasiya edilməzdən əvvəl vacib sənədləri və masaüstü kompyuterləri məhv etmələri barədə göstəriş verilib.
Digər ölkələr
14 Avqust , 2021 05:32
ABŞ -ın Kabildəki səfirliyinin sənədləri və kompyuterləri məhv ediləcək

ABŞ səfirliyinin Əfqanıstanın paytaxtındakı əməkdaşlarına, evakuasiya edilməzdən əvvəl vacib sənədləri və masaüstü kompyuterləri məhv etmələri barədə göstəriş verilib.

“Report” xəbər verir ki, bu barədə müvafiq göstərişi əldə edən ABŞ Milli İctimai Radiosu (NPR) məlumat yayıb.

Sənəddə qeyd olunur ki, diplomatik missiya işçilərinin əksəriyyəti, xüsusən də konsulluq iş təcrübəsi olmayanlar təxliyə olunacaq, səfirlikdə yalnız az sayda konsulluq işçisi qalacaq.

Diplomatik missiyada çalışan bir çox əfqan da var, onların təxliyə ediləcəyi bilinmir.

ABŞ səlahiyyətliləri Kabildəki səfirliklərinin işçilərinin sayının azaldığını elan ediblər. Evakuasiya zamanı Amerika qoşunları işçilərin təhlükəsizliyini təmin edəcək.

Son xəbərlər

Orphus sistemi