Yuxarı

ABŞ-ın iki ştatında səsvermə başa çatıb

İndiana və Kentukkidə ilk seçki məntəqələri artıq bağlanıb

Arizona. 9 noyabr. REPORT.AZ/ ABŞ-da keçirilən prezident seçkiləri üzrə ilk seçki məntəqələri artıq bağlanıb. İndiana və Kentukkidə səsvermə başa çatıb.

"Report" xəbər verir ki, yaxın vaxtlarda daha bir neçə ştatda – Vinciniya, Şimali Karolina və Ohayoda səsverməyə yekun vurulacaq.

CNN-nin hazırki vaxta olan proqnozlarına görə, Hillari Klintonun 89, Donald Trampın isə 11 faiz uğur qazanmaq üçün şansı var. Həmçinin proqnozlara əsasən, İndiana ştatında səsvermənin yekunu üzrə Tramp liderlik edir (Tramp 70,5 faiz, Klinton 25,8 faiz). Həmçinin, Kentukkidə də seçicilər Trampı dəstəkləyib (Tramp 68,0 faiz, Klinton 28,1 faiz).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi