ABŞ-ın iki seçki məntəqəsində seçicilər təxliyə edilib

ABŞ-ın iki seçki məntəqəsində seçicilər təxliyə edilib Buna səbəb qızardılmış çörək və unudulmuş bel çantası olub
Digər ölkələr
9 Noyabr , 2016 01:47
ABŞ-ın iki seçki məntəqəsində seçicilər təxliyə edilib

Bakı. 9 noyabr. REPORT.AZ/ ABŞ-da keçirilən prezident seçkiləri zamanı iki seçki məntəqəsinin seçiciləri təxliyə edilib.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Belə ki, Kaliforniya ştatının Santa Klara dairəsində əməkdaşlar yanğın həyəcanı siqnalı səbəbindən seçiciləri təxliyə etməli olublar. Sonradan məlum olub ki, siqnalötürücü tosterdə qızardılmış çörəklərin tüstüsü səbəbindən işə düşüb. Bununla belə, səsvermə bir saat müddətinə dayandırılıb.

Rod-Aylend ştatının Providens şəhərində seçicilərdən birinin öz bel çantasını məntəqədə unutması səbəbindən insanlar təxliyə olunub. Burada da seçkilər dayandırılıb.

Son xəbərlər

Orphus sistemi