ABŞ-ın iki hərbçisi İordaniyada atışmada həlak olub

ABŞ-ın iki hərbçisi İordaniyada atışmada həlak olub Amerikalı təlimatçıları daşıyan avtomobil mühafizə xidmətini dayanmaq tələblərinə məhəl qoymayaraq bazanın ərazisinə girməyə çalışıb
Digər ölkələr
4 Noyabr , 2016 17:46
ABŞ-ın iki hərbçisi İordaniyada atışmada həlak olub

Bakı. 4 noyabr. REPORT.AZ/ İki amerikalı təlimatçı İordaniyada hərbi baza yaxınlığında yaşanan atışmada həlak olub.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

İordaniyanın dövlət agentliyi "Petra"nın məlumatına görə, insident Al-Cəfr yaşayış məntəqəsində yerləşən hava bazasının yaxınlığında baş verib. Belə ki, amerikalı təlimatçıları daşıyan avtomobil mühafizə xidmətinin dayanmaq tələblərinə məhəl qoymayaraq bazanın ərazisinə girməyə çalışıb. Ardından atışma olub və iki amerikalı həlak olub, üçüncüsü yaralanıb.

Atışma zamanı həmçinin iordaniyalı zabit də xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi