ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyinin yaxınlığında yerləşən evə “Katyuşa” raketi düşüb.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, bu barədə İraqın
Bildirilib ki, raket Bağdadın mərkəzində yerləşən əl-Cadiriye rayonunda bir evə düşüb. Polisdən verilən məlumata görə, raketin düşdüyü ev Bağdadın Yaşıl Bölgə hissəsində - ABŞ səfirliyinin binasının qarşısında yerləşir.
Qeyd edək ki, ABŞ-ın əməkdaşlarının sayına və ərazisinə görə ən böyük səfirliyi Bağdaddadır.