ABŞ-ın İraqdakı konsulluğu qarşısında bomba partladılıb

ABŞ-ın İraqdakı konsulluğu qarşısında bomba partladılıb Partlayış zamanı konsulluğun heç bir əməkdaşı zərər görməyib
Digər ölkələr
18 Aprel , 2015 03:23
ABŞ-ın İraqdakı konsulluğu qarşısında bomba partladılıb

Bakı. 18 aprel. REPORT.AZ/ İraqın Erbil şəhərindəki ABŞ konsulluğu qarşısında avtomobilə yerləşdirilmiş bomba partladılıb.

"Report"un Amerikanın Səsinə istinadən verdiyi xəbərə görə, İraqın Kürdüstan regionunun paytaxtı olan Erbil əsasən zorakılıqlara səhnə olmasa da, ötən gün orada bomba partlayışı ilə yanaşı atəş səsləri də eşidilib.

Tələfat barədə rəsmi məlumat olmasa da, Twitter-də mümkün yaralıların olmasına dair xəbərlər dolaşmaqdadır Associated Press xəbər agentliyi adını açıqlamayan ABŞ rəsmisinə istinadən bildirib ki, partlayış zamanı konsulluğun heç bir əməkdaşı zərər görməyib.

ABC News-un baş redaktoru isə Twitter-də yazıb ki, maşın ABŞ Konsulluğuna daxil olmağa çalışıb və intiharçı maşının içərisindəki bombanı partlatmamışdan əvvəl mühafizəçilər ona atəş açıb.

Son xəbərlər

Orphus sistemi