ABŞ-ın İraqdakı hərbi qüvvələrində döyüş hazırlığı elan edilib

ABŞ-ın İraqdakı hərbi qüvvələrində döyüş hazırlığı elan edilib “Sepah” generalı Qasım Süleymaninin ölümü ilə bağlı ABŞ-ın İraqdakı hərbi qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.
Digər ölkələr
3 Yanvar , 2020 10:00
ABŞ-ın İraqdakı hərbi qüvvələrində döyüş hazırlığı elan edilib

“Sepah” generalı Qasım Süleymaninin ölümü ilə bağlı ABŞ-ın İraqdakı hərbi qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib.

“Report” bu barədə “Fox News”ə istinadən xəbər verir.

Bundan əvvəl İraqda ABŞ-ın həyata keçirdiyi hərbi əməliyyat zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” xüsusi hərbi birləşməsinin komandiri general-mayor Qasım Süleymani raket zərbələri nəticəsində həlak olub.

Bu barədə xəbər yayılandan sonra ABŞ Prezidenti Donald Tramp “Twitter” səhifəsində alt yazı vermədən dövlət bayrağının şəklini yerləşdirib.

Son xəbərlər

Orphus sistemi