Yuxarı

​ABŞ-ın İraqa endirdiyi aviazərbələr zamanı 4 mülki şəxs ölüb

Faciəvi insident martın 13-də baş verib

Bakı. 21 noyabr. REPORT.AZ/ ABŞ təyyarələrinin cari ilin mart ayında İraqda "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) mövqelərinə endirdiyi havadan zərbələr zamanı aralarında bir nəfər uşağın da olduğu ehtimal edilən 4 dinc sakin həlak olub.

"Report" xəbər verir ki, bu barədə sözügedən insidentin təhqiqatını aparan ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat verib.

Məlumata görə, "təhqiqat zamanı toplanan materiallar deməyə əsas verir ki, aviazərbələr, ehtimal ki, dörd mülki şəxsin ölümünə səbəb olub". İstisna edilmir ki, onların arasında uşaq da olub, lakin ölənlərin şəxsiyyətini dəqiq müəyyən etmək mümkün deyil.

Faciəvi hadisə martın 13-də Amerikanın "A-10" təyyarəsinin İraqın Hatra şəhəri ərazisinə endirdiyi hava zərbələri zamanı baş verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi