ABŞ-ın İndiana ştatında HİV "epidemiyasına" qarşı fövqəladə hal elan edilib

ABŞ-ın İndiana ştatında HİV "epidemiyasına" qarşı fövqəladə hal elan edilib HİV - QİÇS xəstəliyinə yol aça bilən virusdur
Digər ölkələr
26 Mart , 2015 21:36
ABŞ-ın İndiana ştatında HİV epidemiyasına qarşı fövqəladə hal elan edilib

Bakı. 26 mart. REPORT.AZ/ ABŞ-da HİV vurusunun yayılması "epidemik proporsiyalara çatdığına" görə, İndiana ştatının qubernatoru "ictimai səhiyyədə fövqəladə hal" elan edib.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, əsasən yoxsulların yaşadığı Scott County ərazisində son bir neçə həftə ərzində 79 yeni yoluxma faktı qeydə alınıb. Bundan əvvəl isə orta rəqəmlə hər il 5 hal qeydə alınırdı.

Scott County-də narkotik istifadəçiləri arasında bir iynənin bir neçə adam arasında istifadə olunması adi haldır.

Beləliklə qubernator Mike Pence səhiyyə rəsmilərinə icazə verib ki, onlar narkotik istifadəçilərinə pulsuz iynələr paylasın. Cənab Pence bundan əvvəl bu cür ölçülərə qarşı olduğunu bəyan etmişdi.

"Scott County HİV epidemiyası ilə üzləşir - amma bu, təkcə Scott County-nin problemi deyil. Bu, İndiananın problemidir", - deyə qubernator deyib.

Son xəbərlər

Orphus sistemi