ABŞ-ın Hyuston şəhəri su altında qalıb - VİDEO

ABŞ-ın Hyuston şəhəri su altında qalıb - VİDEO Leysan yağışlar nəticəsində çaylar məcrasından çıxıb
Digər ölkələr
116
28 May , 2015 07:21
ABŞ-ın Hyuston şəhəri su altında qalıb - VİDEO

Bakı. 28 may. REPORT.AZ/ Amerikanın Hyuston şəhərində güclü daşqınlar baş verib.

"Report" xəbər verir ki, güclü leysan yağışlar nəticəsində şəhər çayları öz məcralarından çıxıb və şəhərin bir neçə rayonu, eləcə də, 4 mindən çox ev su altında qalıb.

Suyun səviyyəsinin yüksək olması səbəbindən şəhərdə köməyə ehtiyac duyanların axtarışı ilə məşğul olan təcili xidmət əməkdaşları evlərə girə bilmirlər.

2,5 mindən çox maşın küçələrdə qalıb. Hakimiyyət imkan yaranan kimi bütün nəqliyyat vasitələrinin yollardan yığılacağını bəyan edib.

Son xəbərlər

Orphus sistemi