Yuxarı

ABŞ-ın hərbi təyyarəsi İraqın şimalında qəzaya uğrayıb

Ekipaj üzvləri xəsarət almayıb

Bakı. 9 mart. REPORT.AZ/ İraqın şimalında yerləşən Ərbil şəhərinin yaxınlığında ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, dörd nəfərdən ibarət ekipaj üzvləri arasında xəsarət alan olmayıb.

Qəzanın texniki səbəblərdən baş verdiyini deyən "Pentaqon" rəsmiləri, hadisə ilə bağlı daha dolğun məlumatın araşdırması yekunlaşandan sonra açıqlanacağını qeyd ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi