Bakı. 4 noyabr. REPORT.AZ/ Amerika Birləşmiş Ştatlarının hərbi qulluqçusu Əfqanıstanda həlak olub.
"Report" "RT"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstandakı Silahlı Qüvvələrinin qərargahı "facebook" səhifəsində məlumat yayıb.
Məlumata görə, hərbi qulluqçu Lohar vilayətində keçirilən əməliyyat zamanı aldığı xəsarətdən ölüb.
Oktyabrın 28-də Lohar vilayətində baş vermiş vertolyot qəzasında da ABŞ-ın hərbi qulluqçusu həlak olub.