ABŞ-ın hərbi gəmiləri "AirAsia" təyyarəsinin axtarışına qoşulub

ABŞ-ın hərbi gəmiləri "AirAsia" təyyarəsinin axtarışına qoşulub Dəstək xahişi ilə rəsmi Vaşinqtona İndoneziya höküməti müraciət edib
Digər ölkələr
31 Dekabr , 2014 00:53
ABŞ-ın hərbi gəmiləri AirAsia təyyarəsinin axtarışına qoşulub

Bakı. 31 dekabr. REPORT.AZ/ ABŞ hərbi donanmasına aid iki gəmi İndoneziyadan Sinqapura gedərkən düşdüyü ehtimal olunan "AirAsia" şirkətinə məxsus təyyarənin axtarışlarına qoşulub.

"Report" RİA "Novosti" agentliyinə istinadla xəbər verir ki, Borneo adası yaxınlığında dənizə düşdüyü ehtimal edilən təyyarənin axtarışına dəstək xahişi ilə ötən gün rəsmi Vaşinqtona İndoneziya höküməti müraciət edib.

Qeyd edək ki, "Airbus A320-200" tipli təyyarə İndoneziyanın Surabaya adasından Sinqapura gedərkən radarlardan itmişdi. Təyyarənin pilotu son dəfə pis hava səbəbindən istiqamətin dəyişməsi üçün icazə istəyib. Təyyarədə 7 ekipaj üzvü, 137 yetkin, 17 uşaq və bir də körpə olduğu məlum olub. Onların böyük bir qismi İndoneziya vətəndaşıdır. Sərnişinlər arasında bir İngiltərə, bir Malayziya, bir Sinqapur və üç Cənubi Koreya vətəndaşının da olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi