Ötən il ABŞ tərəfindən ölkə xaricindəki hərbi əməliyyatlarda 120 dinc sakin öldürülüb

Ötən il ABŞ tərəfindən ölkə xaricindəki hərbi əməliyyatlarda 120 dinc sakin öldürülüb 2018-ci ildə ABŞ tərəfindən İraq, Suriya, Əfqanıstan, Somalidə keçirilən hərbi əməliyyatlar zamanı azı 120 dinc sakin öldürülüb.
Digər ölkələr
2 May , 2019 22:48
Ötən il ABŞ tərəfindən ölkə xaricindəki hərbi əməliyyatlarda 120 dinc sakin öldürülüb

2018-ci ildə ABŞ tərəfindən İraq, Suriya, Əfqanıstan, Somalidə keçirilən hərbi əməliyyatlar zamanı azı 120 dinc sakin öldürülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun Konqresin sorğusu ilə hazırlanaraq dərc olunan illik məruzəsində bildirilir.

Məruzəyə əsasən İraq və Suriyada 42, Əfqanıstanda 76, Somalidə isə 2 mülki şəxs həlak olub. Sənəddə həmçinin Liviya və Yəməndə mülki əhali arasında ölənlərin olub-olmamasına dair dəqiq məlumatların olmadığı qeyd edilib.

“ABŞ Müdafiə Nаzirliyinin bütün əməliyyatları qanun çərçivəsində, o cümlədən mülki əhalinin müharibə dövründə qorunması prinsipləri əsasında keçirilib”, - məruzədə vurğulanır.

Son xəbərlər

Orphus sistemi