ABŞ-ın hərbi-dəniz bazasında təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

ABŞ-ın hərbi-dəniz bazasında təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb Bakı. 26 aprel. REPORT.AZ/ ABŞ-da İkinci Dünya müharibəsi və ondan sonrakı illərdə hərbi pilotların hazırlanmasında istifadə edilən T-6 Teksan təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.
Digər ölkələr
26 Aprel , 2018 12:31
ABŞ-ın hərbi-dəniz bazasında təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

Bakı. 26 aprel. REPORT.AZ/ ABŞ-da İkinci Dünya müharibəsi və ondan sonrakı illərdə hərbi pilotların hazırlanmasında istifadə edilən T-6 "Teksan" təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə Kinqsvilldəki (Texas ştatı) yardımçı hərbi-dəniz bazasında baş verib.

Kiçik birmühərrikli təyyarə aerodromdan havaya qalxdıqdan az sonra yerə çırpılıb və yanıb. Təyyarənin göyərtəsində olan hər iki şəxs - pilot və sərnişin ölüb.

Fərdi şəxsə məxsus olan təyyarənin qəzaya uğramasından sonra başlayan yanğını bazanın personalı qısa zamanda söndürüb. İlkin versiyaya görə, hadisə pilotun hələlik naməlum qalan səbəbə görə idarəetməni itiməsi nəticəsində baş verib.

Hadisənin başvermə şəraiti ilə bağlı istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi