ABŞ-ın Əhalinin Siyahıyaalma Bürosunun qərargahında naməlum şəxs atəş açıb

ABŞ-ın Əhalinin Siyahıyaalma Bürosunun qərargahında naməlum şəxs atəş açıb Nəticədə mühafizəçi ölüb, 2 nəfər polis yaralanıb
Digər ölkələr
10 Aprel , 2015 11:40
ABŞ-ın Əhalinin Siyahıyaalma Bürosunun qərargahında naməlum şəxs atəş açıb

Bakı. 10 aprel. REPORT.AZ/ Syutlend şəhərində (Merilend ştatı) ABŞ-ın Əhalinin Siyahıyaalma Bürosunun qərargahında naməlum şəxs atəş açıb və mühafizəçini ağır yaralayıb. "Report" "TASS"a istinadən xəbər verir ki, yaralı xəstəxanaya çatdırıldıqdan bir müddət sonra dünyasını dəyişib. 

Bəzi məlumatlara əsasən, cinayətkar Vaşinqton rayonlarının birində saxlanılarkən polis tərəfindən güllələnib. NBC teleşirkəti xəbər verir ki, atışma zamanı 2 polis yaralanıb, lakin onların həyatı üçün təhlükə yoxdur. 

İnsident iş gününün sonunda qeydə alınıb. Hadisə federal idarənin ərazisində baş verdiyindən, təhqiqatı FTB aparır. 

ABŞ-ın Əhalinin Siyahıyaalma Bürosu Syutlenddə 2006-cı ildən fəaliyyətə başlayıb. Büroda 5 minə yaxın insan çalışır.   

Son xəbərlər

Orphus sistemi