Bakı. 28 may. REPORT.AZ/ ABŞ-ın Əfqanıstandakı səfirliyi paytaxt Kabildə terror aktlarının planlaşdırılması haqda məlumat yayıb.
“Report” xəbər verir ki, paytaxtda terror aktlarının planlaşdırılması haqda məlumat səfirliyin saytında yerləşdirilib.
“ABŞ-ın Əfqanıstandakı səfirliyi silahlı qruplaşmaların ABŞ-la əlaqədə olan şəxslərə qarşı Kabildə, habelə Əfqanıstanın digər yerlərində də terror aktları planlaşdırması haqda məlumatlar əldə edib” – deyə səfirliyin saytındakı məlumatda bildirilir.
Səfirliyin məlumatında həmçinin qeyd edilir ki, dövlət orqanlarının inzibati binalarını, diplomatik nümayəndəlikləri, habelə əcnəbilərin çox olduğu yerləri, o cümlədən hava limanlarını, restoran və otelləri terror təhlükəsi gözləyir.