ABŞ-ın Əfqanıstana qaytardığı ən böyük aviabaza talan edildi

ABŞ-ın Əfqanıstana qaytardığı ən böyük aviabaza talan edildi ABŞ hərbçilərinin tərk etdiyi Əfqanıstanın ən böyük Bahram aviabazası talan edilib.
Digər ölkələr
3 İyul , 2021 08:38
ABŞ-ın Əfqanıstana qaytardığı ən böyük aviabaza talan edildi

ABŞ hərbçilərinin tərk etdiyi Əfqanıstanın ən böyük Bahram aviabazası talan edilib.

“Report” xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Qeyd olunub ki, onlarla yerli sakin içəri girərək bir neçə binanı qarət ediblər.

Amerika qüvvələri yerli hakimiyyət orqanlarına gedişləri barədə xəbərdar etməyiblər və nəticədə aviabazanın girişində mühafizəçilər təyin edilməyib.

Soyğunçular bir neçə saat ərzində Əfqanıstan hərbçiləri tərəfindən qovulana qədər hərbi bazada gəziblər.

Son xəbərlər

Orphus sistemi