Bakı. 2 oktyabr. REPORT.AZ/ ABŞ-a Əfqanıstanda və İraqda hərbi əməliyyatlar, terrorçu İŞİD qruplaşmasına qarşı mübarizə 1 trilyon 700 milyard dollara başa gəlib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın dövlət büdcəsi xərclərini təhlil edən Massaçusets ştatının Northempton şəhərində yerləşən “Milli prioritetlər layihəsi” araşdırma təşkilatı məlumat yayıb.
Məlumata görə, 2001-ci ildən Vaşinqton Əfqanıstandakı müharibəyə 785 milyard dollardan artıq xərcləyib: “ABŞ-ın vergi ödəyiciləri bu ölkədəki əməliyyatın hər saatına 4 milyon dollar xərcləyir. 2003-cü ildən İraqdakı əməliyyatlara isə 821 milyard dollar maliyyə vəsaiti sərf olunub".