Bakı. 12 aprel. REPORT.AZ/ ABŞ-ın Ədliyyə Nazirliyi Konqresin Kəşfiyyat Palatasının nümayəndələrinə Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı ilk sənədi təqdim edib.
"Report" xəbər verir ki, bu barədə "Hill" mənbəyə istinadən xəbər verir.
Bildirilir ki, sənəd Federal Təhqiqat Bürosunun Donald Trampın qərargahının prezident seçkiləri öncəsi Rusiya ilə əlaqələrinə dair təhqiqatına əsaslanan məlumatlar toplusudur.
Qeyd edək ki, ABŞ-ın ayrı-ayrı qurumlarının və Demokratlar Partiyasının üzvləri Rusiyanın Birləşmiş Ştatlarda keçirilən prezident seçkilərinə müdaxilə etməsi ilə bağlı dəfələrlə ittihamlar irəli sürüblər. Rəsmi Moskva isə Birləşmiş Ştatlarda keçirilən seçkilərdə müdaxiləsi barədə ittihamları təkzib edərək tamamilə əsassız adlandırıb.