ABŞ-ın dövlət katibi Şimali Koreya rəhbərinin müşaviri ilə görüşünü təxirə salıb

ABŞ-ın dövlət katibi Şimali Koreya rəhbərinin müşaviri ilə görüşünü təxirə salıb Bakı. 7 noyabr. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Mayk Pompeonun KXDR liderinin müşaviri Kim Yon Çhol ilə noyabrın 8-də Nyu-Yorkda keçirilməli olan görüşü qeyri-müəyyən müddətə təxirə salınıb.
Digər ölkələr
7 Noyabr , 2018 11:05
ABŞ-ın dövlət katibi Şimali Koreya rəhbərinin müşaviri ilə görüşünü təxirə salıb

Bakı. 7 noyabr. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Mayk Pompeonun KXDR liderinin müşaviri Kim Yon Çhol ilə noyabrın 8-də Nyu-Yorkda keçirilməli olan görüşü qeyri-müəyyən müddətə təxirə salınıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yayıldığı bəyanatda bildirilib.

Görüşün təxirə salınmasının səbəbləri qeyd olunmur. Nyu-York görüşünə M.Pompeo ilə birlikdə ABŞ-ın KXDR üzrə xüsusi nümayəndəsi Stiven Biqunun da yollanacağı güman olunurdu.

Qeyd edək ki, hazırda ABŞ və KXDR ölkə liderlərinin ikinci görüşünün təşkil edilməsi imkanını müzakirə edirlər.

ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında ilk görüş iyunun 12-də Sinqapurda keçirilib.

Son xəbərlər

Orphus sistemi