​ABŞ-ın dövlət katibi Səudiyyə Ərəbistanında səfərdədir

​ABŞ-ın dövlət katibi Səudiyyə Ərəbistanında səfərdədir Onun Ər-Riyadda Yəmən prezidenti ilə görüşü də nəzərdə tutulub
Digər ölkələr
7 May , 2015 11:09
​ABŞ-ın dövlət katibi Səudiyyə Ərəbistanında səfərdədir

Bakı. 7 may. REPORT.AZ/ ABŞ-ın dövlət katibi Con Kerri Cibutidən sonra Səudiyyə Ərəbistanına səfər edib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Dövlət Departamenti məlumat yayıb.

Xəbərə görə, o, Səudiyyə Ərəbistanının kralı Salman bin-Əbdül Əziz əl-Səud, xarici işlər naziri və vəliəhd Məhəmməd bin-Naif və başqa rəsmilərlə görüşlər keçirib.

Məlumatda bildirilib ki, Con Kerrinin Ər-Riyadda Yəmən prezidenti Abdrabb Mansur Hadi ilə də görüşü nəzərdə tutulub: "Biz görüşlə bağlı yalnız xəbəri təsdiqləyə bilərik. Səfər haqda hələlik başqa məlumatımız yoxdur". 

Son xəbərlər

Orphus sistemi